Bizneslər üçün Strateji Plan: Uğura Gedən Yolun Ən Vacib Addımı
DAVUD MƏRDANOV
SMARTKOB MARKETİNQ VƏ REKLAM AGENTLİYİ
- Lahiyə Rəhbəri
DAVUD MƏRDANOV
SMARTKOB MARKETİNQ VƏ REKLAM AGENTLİYİ
- Lahiyə Rəhbəri
Salam! Mən sizinlə biznesdə strateji planlamanın nə qədər önəmli olduğundan, bu prosesin necə aparılmalı olduğundan və nəyə görə hər bir şirkətin – kiçikdən tutmuş böyükə qədər – özünə uyğun strateji planının olmasının vacib olduğundan danışmaq istəyirəm.
İş dünyası getdikcə daha rəqabətli və sürətli dəyişən bir mühitə çevrilib. İndi sadəcə “gəlir əldə etmək” kifayət etmir. Gələcəyinizi düşünməlisiniz, harada olmaq istədiyinizi dəqiq bilməlisiniz və ona doğru addımlamalısınız. Elə burada da strateji planlaşma işə düşür.
Strateji plan nədir?
Strateji plan – sadə dillə desək, biznesinizin gələcəkdə harada olmaq istədiyini və ora necə çatacağını göstərən yol xəritəsidir. Bir plan olmadan iş görmək, istiqamətsiz gəmi ilə dənizdə üzmək kimidir. Gedəcəyiniz istiqaməti bilmədən, dalğalar sizi istədikləri yerə aparır.
Biznesinizin məqsədləri nələrdir? Hansı bazar seqmentində güclənmək istəyirsiniz? Rəqiblərinizlə necə rəqabət aparacaqsınız? Bütün bu suallara cavab tapmaq üçün strateji plan mühüm rol oynayır.
Strateji planlama prosesinin əsas mərhələləri
1. Biznesinizin vəziyyətini yaxşı başa düşmək
Hər şeydən öncə öz şirkətinizin güclü və zəif tərəflərini bilmək lazımdır. Həmçinin, bazarda sizin üçün hansı fürsətlər var, hansı təhlükələr mövcuddur? Bunu ancaq ciddi analizlə bilmək olar. Biz buna SWOT analizi deyirik.
Müştərilərinizi tanıyın, rəqiblərinizi izləyin, daxili iş proseslərinizi qiymətləndirin. Bütün bunlar sizə növbəti addımlar üçün lazım olan məlumatları verəcək.
2. Məqsədlərinizi aydın və ölçülə bilən şəkildə müəyyənləşdirin
“Məqsədim satışları artırmaqdır” – bu, kifayət qədər dəqiq deyil. Əvəzində “Növbəti il satışlarımızı 20 faiz artıracağıq” demək daha faydalıdır. Belə konkret məqsədlər sizi motivasiya edir və nəticəni ölçmək imkanı yaradır.
3. Hansı strategiya ilə irəliləyəcəyinizi seçin
Məsələn, yeni bazarlara daxil olmaq istəyirsinizsə, bunun üçün hansı addımları atmalısınız? Yeni məhsullar təqdim edəcəksiniz? Yoxsa mövcud müştəri bazasını daha da gücləndirməyə fokuslanacaqsınız?
4. Resursları səmərəli idarə edin
Büdcə, işçi heyəti, texnologiya – bunların hamısını düzgün planlaşdırmaq lazımdır ki, plan real olsun. Çox vaxt resurs çatışmazlığına görə ən yaxşı ideyalar belə uğursuzluğa düçar olur.
5. Planı həyata keçirin və davamlı izləyin
Strateji plan yazıb stolun üstündə qoymaqla iş bitmir. Hər addımı izləmək, nəticələri ölçmək, lazım gəldikdə dəyişikliklər etmək lazımdır. Bu proses davamlıdır.
Biznes analitikası – qərarlarınızın güclü dayağı
Məlumat olmadan düzgün qərar vermək demək olar ki, mümkünsüzdür. Biznes analitikası bu məlumatları toplamaq, təhlil etmək və onlardan ən səmərəli şəkildə istifadə etmək prosesidir.
Müştəri davranışlarını, bazar trendlərini, satış kanallarının effektivliyini izləmək sizin üçün çox böyük üstünlük gətirə bilər. Misal üçün, müştərilərin hansı məhsulu daha çox bəyəndiyini və ya hansı kampaniyanın daha çox satış gətirdiyini bilmək işinizi daha məqsədyönlü aparmağa imkan verir.
Biznesinizin qarşılaşdığı problemləri necə həll etmək olar?
Strateji planlama və analitika sayəsində qarşılaşdığınız bir çox problem öz həllini tapır:
-İstiqamətsiz fəaliyyət, resursların israfı azalır.
-Rəqabətə çevik reaksiya vermək asanlaşır.
-Satışlarda sabit artım əldə olunur.
-Müştəri məmnuniyyəti yüksəlir, loyallıq artır.
-İş prosesləriniz daha effektiv idarə olunur
Bir iş sahibisinizsə və ya satış, idarəetmə sahəsində çalışırsınızsa, strateji planlamanın nə qədər vacib olduğunu bir daha vurğulamaq istəyirəm. Bu, sadəcə kağız üzərində yazılmış sənəd deyil, sizin biznesinizin gələcəyinin qarantiyasıdır.
Biz SMARTKOB MARKETİNQ VƏ REKLAM AGENTLİYİ olaraq sizinlə birlikdə işinizə uyğun, real, effektiv və uzunmüddətli strateji planlar hazırlayır, planın uğurla icrasına dəstək veririk. Uğura gedən yol planla başlayır!
ELVİN ŞAHBAZOV
SMARTKOB MARKETİNQ VƏ REKLAM AGENTLİYİ
-Digital Marketing Maneger
Rəqəmsal marketinq — məhsul və ya xidmətlərin internet və texnoloji platformalar vasitəsilə tanıdılması və satışının artırılması üçün istifadə olunan strategiya və alətlər toplusudur. Ənənəvi marketinqdən fərqli olaraq, rəqəmsal marketinq ölçüləbilən, hədəflənə bilən və daha çevikdir. Bu sahə sürətlə inkişaf edir və hər ölçüdə biznes üçün güclü imkanlar yaradır
Bugünkü biznes dünyasında ən böyük dəyişiklik texnologiyanın həyatımıza tam inteqrasiya etməsidir. Müştərilər artıq klassik reklam deyil, rəqəmsal platformalarda qarşılarına çıxan dəyərli məzmunlarla maraqlanırlar. Həmçinin, qərarlarını da bu platformalardakı təəssüratlara əsaslanaraq verirlər. Bu dəyişiklik təkcə böyük korporasiyaları deyil, kiçik və orta sahibkarları da ciddi şəkildə təsir edir.
Artıq bir biznesin, bir xidmətin və ya bir məhsulun uğuru onun harada yerləşməsi ilə deyil, onlayn olaraq nə qədər effektiv təqdim olunması ilə ölçülür. Və bu nöqtədə, rəqəmsal marketinq və biznes analitikası bir seçim deyil, bir zərurət olaraq çıxış edir.
Rəqəmsal marketinq, sadəcə sosial media hesabı açmaq və vizual paylaşmaqdan ibarət deyil. Bu, bir elm və eyni zamanda bir sənətdir. Məqsəd, brendinizi tanıtmaq, dəyərinizi izah etmək və müştəriyə doğru anda doğru mesajla çatmaqdır.
Məhsul və ya xidmətiniz nə qədər keyfiyyətli olsa da, əgər onu doğru auditoriyaya çatdıra bilmirsinizsə, potensial müştərilər sizi heç vaxt tanımayacaq. SMARTKOB agentliyi olaraq, bu boşluğu peşəkar yanaşma ilə doldururuq.
Biz hədəf kütlənizi təyin edir, rəqəmsal strategiyanızı qurur, kreativ məzmunlar hazırlayır və reklam kampaniyalarını analiz əsaslı şəkildə idarə edirik. İstifadə etdiyimiz alətlər və metodlar sizə yalnız görünürlük qazandırmır, həm də real nəticələr – satış, əlaqə, loyal müştəri qazandırır.
Təəssüf ki, bir çox sahibkar fəaliyyətlərini təcrübəyə və ya hisslərinə əsaslanaraq yönəldir. Bu isə uzunmüddətli inkişafın qarşısını alır. Biznes analitikası, sadəcə bir tablonun üzərində rəqəmləri analiz etmək deyil – bu, strateji qərarların dəqiq şəkildə verilməsinə kömək edən məlumat bazasıdır.
Biz, rəqəmsal fəaliyyətlərinizi izləyərək aşağıdakı suallara cavab tapırıq:
Hansı məhsul daha çox maraq doğurur?
Həftənin hansı günləri və saatlarında reklamlar daha effektivdir?
Müştərilər hansı kanaldan gəlir və nəyə əsaslanaraq qərar verir?
Marketinqə qoyulan büdcə real nəticə doğururmu?
Bu cavablarla siz yalnız bu gün üçün deyil, gələcək üçün də ağıllı planlar qura bilirsiniz.
Gəlin, real məsələlərdən danışaq. Bizneslər bizə ən çox bu çətinliklərlə gəlirlər:
"Sosial media aktivdir, amma satış yoxdur."
→ Problem: Strategiyasız paylaşımlar və hədəfsiz auditoriya
→ Həll: Kontent strategiyası + doğru reklam ayarları + dönüşüm analizi
"Reklam qoyuram, amma nəticə almıram."
→ Problem: Effektiv olmayan vizuallar və zəif reklam mesajları
→ Həll: A/B testli vizuallar, diqqət çəkən çağırışlar və psixoloji uyğunluq
"Saytım var, amma istifadəçi gəlmir."
→ Problem: SEO və UX (istifadəçi təcrübəsi) problemləri
→ Həll: SEO optimizasiyası + sürət + mobil uyğunluq + sadə interfeys
"Müştərilərim daimi deyil, bir dəfə alır, sonra yox olur."
→ Problem: Etibar və brend bağlılığı zəifdir
→ Həll: Brend strategiyası + e-poçt marketinq + remarketing kampaniyaları
"İşimi ölçə bilmirəm, nəticəni təxmin edirəm."
→ Problem: Analitik sistemlərin olmaması
→ Həll: Google Analytics, Meta Business Suite, CRM və performans hesabatları
Biz yalnız rəqəmsal xidmət göstərmirik. Biz sizin rəqəmsal tərəfdaşınızıq. Hədəfimiz bir neçə post paylaşmaq və ya ayda bir dəfə reklam yerləşdirmək deyil. Hədəfimiz budur ki, sizin işiniz böyüsün, brendiniz tanınsın, müştəriləriniz sizi sevsin və nəticədə gəliriniz artsın.
Hər müştəri bizim üçün bir nömrəli layihədir. Hər biznesi öz biznesimiz kimi görür, onun dilində danışır, onun sektorunu öyrənir və tam uyğun strategiyalar qururuq.
Biznesinizin yanında olmaq, onu rəqəmsal platformalarda uğura aparmaq, real nəticələrə çatdırmaq üçün buradayıq.
Əgər siz də biznesinizi bir addım irəli aparmaq, rəqəmsal dünyada öz sözünüzü demək və əlinizdə ölçülə bilən nəticələr görmək istəyirsinizsə – bu yolda tək deyilsiniz.
SMARTKOB – KOB lar üçün SMART həllər təklif edirik
Məqsədli auditoriyaya çatmaq: Rəqəmsal alətlər biznesə məhsulunu məhz ehtiyac duyulan müştəriyə təqdim etmək imkanı yaradır.
Daha aşağı xərclə reklam: TV, qəzet və digər klassik reklamlarla müqayisədə daha qənaətcildir.
Real vaxt nəticələr: Kampaniyaların uğurunu anlıq olaraq analiz etmək mümkündür.
Brend görünürlüğü: Davamlı kontent və reklam strategiyası ilə marka tanınmasını artırmaq mümkündür.
Rəqabət üstünlüyü: Güclü rəqəmsal mövcudluq sizi rəqiblərdən fərqləndirir.
Hədəf auditoriyanın müəyyən edilməsi
Doğru platformaların seçilməsi
Kontent planının hazırlanması
Reklam büdcəsinin təyini
Davamlı təhlil və optimizasiya
SMARTKOB olaraq biz bu strategiyanı hər bir müştərinin biznes modelinə uyğun olaraq tərtib edirik.
Böyük brendlərlə rəqabət imkanı yaradır
Yerə və büdcəyə görə daha çevik planlama imkanı verir
İlk mərhələdə müştəri bazası qurmaq üçün effektivdir
Yəni, kiçik biznes üçün uğurlu rəqəmsal marketinq, böyük nəticələr doğura bilər.
Biz, SMARTKOB Marketinq və Reklam Agentliyi olaraq, rəqəmsal marketinqi yalnız reklam kimi deyil, biznesin inkişaf strategiyası kimi yanaşırıq. Hər bir brendin ehtiyacına uyğun fərdi plan hazırlayır, ölçülə bilən nəticələrə fokuslanır və müştəri məmnuniyyətini əsas prioritet hesab edirik.
Rəqəmsal marketinq sadəcə sosial mediada post paylaşmaq deyil. Bu, bir biznesin böyüməsi, satışının artması, müştəri məmnuniyyətinin yüksəlməsi üçün sistemli və analitik yanaşma tələb edən kompleks bir prosesdir. Əgər siz də biznesinizi rəqəmsal dünyada uğurla təmsil etmək istəyirsinizsə, SMARTKOB MARKETİNQ VƏ REKLAM AAGENTLİYİ sizin üçün ən doğru seçimdir.
FİDAN NURİYEVA
SMARTKOB MARKETİNQ VƏ REKLAM AGENTLİYİ
-SMM Meneceri və Kontent Strateqi
Gəlin etiraf edək – bu gün bir məhsul və ya xidmətin keyfiyyətli olması bəzən kifayət etmir. Ətrafımızda yüzlərlə yaxşı məhsul var, amma onların çoxu görünmür, hiss olunmur, yadda qalmır. Niyə? Çünki heç biri bizə öz hekayəsini danışmır. Və burada işin içində kontent və dizayn var.
Kontent – Markanın Daxili Səsi
Kontent – brendin insanlarla danışmaq tərzidir. Rəsmi, zarafatcıl, həvəsləndirici, bəlkə də bir az da sentimental… Necə olmasından asılı olmayaraq, əsas məsələ səmimi və dəyərli olmaqdır.
Bloq yazısından sosial media postuna, video skriptdən e-mail başlığına qədər – hər bir cümlə müştərinin zehinində bir hiss yaradmalıdır. Çünki insanlar artıq reklam istəmir. Onlar real, açıq və faydalı ünsiyyət axtarırlar.
Dizayn – Görünənin Daxili Gücü
Bəzən insanlar "Dizayn sadəcə gözəllikdir" deyə düşünür. Amma əslində dizayn – gözəlliklə yanaşı nizam, emosiya və məqsədli mesajdır.
Rənglərin dili, şriftin tonu, boşluqların nəfəsi – bunların hər biri bizə nəsə deyir. Dizayn insanın gözünə deyil, düşüncəsinə işləyir. Düzgün dizayn məhsulun keyfiyyətini hiss etdirir, brendə güvən yaradır və diqqəti cəlb edir.
Kontent və Dizayn – Birlikdə Nələr Bacarır?
Bu iki sahə bir araya gələndə nəticə yalnız gözoxşayan bir paylaşım deyil – duyğu doğuran, yadda qalan və hərəkətə keçirən bir təcrübə olur. Təsəvvür edin:
Faydalı, səmimi yazılmış bir post (kontent)
Müasir, minimalist və brendə uyğun dizaynla (vizual) dəstəklənir
Və nəticə? Paylaşım, reaksiya, satış, sadiqlik.
Brendlərin səsi kontentdirsə, üzü dizayndır. Bu ikisi bir yerdə brendə həyat verir.
Kiçik Bizneslər üçün Böyük Dəyər
Kiçik və orta biznes sahibləri çox vaxt “Mənə bloq lazım deyil” və ya “Dizaynı indi boş verək” deyir. Amma məhz bu məqamda düzgün kontent və dizaynla fərqlənmək, rəqiblər arasında seçilmək mümkündür.
Sosial media paylaşımı sadəcə paylaşım deyil – ilk təəssüratdır.
Vebsayt sadəcə informasiya səhifəsi deyil – etibar platformasıdır.
Bloq yazısı sadəcə mətn deyil – brendin düşüncəsidir.
Sonda: Danış, Amma Dizaynla
Unutmayın: insanlar əvvəl görür, sonra oxuyur. Əvvəl hiss edir, sonra qərar verir. Kontent və dizayn birlikdə çalışanda brendiniz sadəcə bir ad deyil, bir hissə, bir yaddaşa çevrilir.
Əgər sizin də markanız danışmağa və görünməyə hazırdırsa, doğru yoldasınız. Biz buradayıq – sizin səsinizə və simanız üçün
AYTAC AĞALAROVA
SMARTKOB MARKETİNQ VƏ REKLAM AGENTLİYİ
- Satış Meneceri
Salam! Mən SMARTKOB agentliyinin satış meneceri Aytacam. Bu bloqu yazmaqda məqsədim nə özümü tərifləmək, nə də sadəcə gördüyümüz işi izah etməkdir. Mən sadəcə satışın necə bir həyat tərzi olduğunu, bu sahədə necə formalaşdığımı və bu yolda qazandıqlarımı səninlə bölüşmək istəyirəm.
Satışın sadəcə məhsul satmaq olduğunu düşünürsənsə...
Deməli hələ bu işin ruhunu görməmisən. Satış mənim üçün sadəcə bir məhsulu və ya xidməti təqdim etmək deyil. Satış – qarşımdakı insanı anlamaq, onun ehtiyaclarını hiss etmək və bu ehtiyaclara uyğun ən yaxşı həll yolunu təklif etməkdir.
Bəzən bir zəngdə "yox" cavabı alırsan. Bəzən müştəri səni səhv anlayır. Amma satış ruhu elə o anda səni ayaqda saxlayır. Bu ruh deyir ki:
“Bu, sadəcə bir mərhələdir. Sən davam elə. Sən bu işin adamısan.”
Bu ruhu hardan alıram?
Əvvəla inanmaqdan. İnanıram ki, təklif etdiyim xidmətlər – istər rəqəmsal marketinq, istər brend strategiyası, istərsə də biznes analitikası – qarşımdakı sahibkara real nəticə verir. Onun müştərisi artır, brendi böyüyür, satışları yüksəlir. Bu inam mənim gücümdür.
İkinci gücüm isə təcrübədir. Hər gün onlarla insanla danışıram. Müxtəlif sahələrdən, müxtəlif düşüncələrlə... Onlardan öyrənirəm, özümə yeni yollar qururam. Və hər uğurlu dialoq mənim üçün yeni bir qalibiyyətdir.
Satışçının gerçək işi nədir?
Qarşısındakı insanı tanımaq
Onun ehtiyacını doğru dinləmək
Ona əməli dəyər vermək
Söhbət sadəcə bir xidmət təqdimatından getmir. Bu işdə etibar qazanmaq əsasdır. Müştəri sənə inanmalıdır. Çünki insan pulunu sadəcə məhsula yox, etibara xərcləyir.
Bizim komandada satış sadəcə satış deyil
SMARTKOB-da hər bir satış menecerini öz sahəsinin eksperti kimi yetişdiririk. Bizi satış skriptləri, CRM sistemləri, follow-up planları ilə təmin edirlər. Hər zəngdən sonra öyrənirik. Hər müştəriyə uyğun fərdi yanaşma qururuq. Burada təzyiqlə deyil, inamla və anlayışla satış edilir.
Məqsədimiz sadəcə müştəri qazanmaq deyil. Məqsədimiz:
Onun problemini həll etmək,
Bizim xidmətlərimizin gücünü hiss etdirmək,
Və qarşılıqlı uzunmüddətli əməkdaşlıq qurmaqdır.
Satış ruhu – heç vaxt təslim olmamaqdır.
Satış ruhu – müxtəlif insanlarla işləməyə hazır olmaqdır.
Satış ruhu – hər gün özünü bir addım irəli aparmaqdır.
Və ən əsası, satış ruhu – dəyərlərə əsaslanan, dürüst və davamlı əlaqələr qurmaqdır.
Əgər sən də bu sahəyə yeni başlamısansa və ya satışa marağın varsa, səni əmin edirəm: bu sahə çətin olduğu qədər çox şey öyrədir, inkişaf etdirir və həyatla bağlı tam fərqli bir baxış formalaşdırı
Mən satış edirəm, çünki bir sahibkarın biznesini dəyişmək, onun sabahına töhfə vermək hissi heç nə ilə müqayisə olunmur. Bu hiss – satış ruhudur.
Hər uğurlu biznesin arxasında bir ideya dayanır. Amma bu ideyanı həyata keçirən, onu böyüdən və uğura çevirən güc yalnız texnologiya, büdcə və ya məhsul deyil — o, insanlardır. Mən İnsan Resursları mütəxəssisi kimi bunu hər gün yaşayır və hiss edirəm. HR — sadəcə vakansiya paylaşan və CV oxuyan deyil. HR — bir komandanın mədəniyyətini, ruhunu, dəyərlərini formalaşdıran və qoruyan səssiz qəhrəmandır.
Doğru insan, doğru yer
İşə qəbul prosesi bizim üçün yalnız boş vakansiyanı doldurmaqdan ibarət deyil. Biz hər bir namizədə potensial komanda üzvü kimi yanaşırıq. Onun bilik və bacarıqları qədər, dəyərləri, məqsədləri və enerjisi də bizim üçün önəmlidir.
Hər müsahibə, bizim üçün bir tanışlıqdır — sadəcə iş üçün deyil, gələcək əməkdaşlıq, güvən və sinerji üçün.
Ən güclü şirkətləri güclü ideyalar yox, uyğun insanlarla qurulan komandalar uğurlu edir.
Bir işçini illərlə eyni şirkətdə saxlamaq üçün maaş tək başına kifayət deyil. Biz əməkdaşlarımız üçün motivasiyaedici mühit, emosional rahatlıq, peşəkar inkişaf imkanları və şəffaf ünsiyyət mədəniyyəti qurmağa çalışırıq.
Komanda üzvlərimiz özlərini dinlənilmiş, dəyərləndirilmiş və inkişaf etmiş hiss etdikdə, onların potensialı maksimum dərəcədə açılır. Bu isə birbaşa şirkətin məhsuldarlığına və müştəri məmnuniyyətinə təsir edir.
İnsanlarla işləmək, insan olmaqdır
HR sahəsində çalışmaq, bəzən çətin, amma hər zaman dəyərlidir. Biz həm müsbət, həm də mənfi emosiyalarla işləyirik. Sevincli bir işə qəbul qədər, kədərlə verilən çıxarılma qərarı da bu işin bir hissəsidir. Əsas olan odur ki, insanlara həmişə insan kimi yanaşaq.
Bəzən əməkdaşlar HR-ı yalnız nizam-intizam və ya hesabatlarla əlaqələndirirlər. Amma biz əməkdaşlarımız üçün karyera bələdçisi, dinləyici, arbitrajçı və bəzən də psixoloji dəstək nöqtəsiyik. Bu etimadın qurulması üçün daim şəffaflıq, ədalət və empatiya ilə davranmaq vacibdir.
Əməkdaşların inkişaf planları, təlim proqramları, daxili yüksəliş imkanları və performans qiymətləndirmələri bizim masamızın əsas mövzularıdır. Bu işlər, tək-tək fərdləri deyil, bütöv bir şirkətin gələcəyini formalaşdırır.
Çünki biz inanırıq: məmnun, motivasiyalı və güvən içində olan bir komanda, istənilən bazarda qalib gələcək
HR bir sənət növüdür — insanları anlama, doğru potensialı tanıma və onları bir harmoniya içində işlədə bilmək sənəti. Mənim işim rəqəmlərdən və planlardan ibarət deyil. Mənim işim insan ruhunu oxumaq, onu doğru yerə yerləşdirmək və birlikdə uğur yaratmaqdır.
Əgər siz də bir işçi, rəhbər və ya namizəd olaraq bu sətirləri oxuyursunuzsa, bilin ki, HR sizin yanınızdadır. Çünki biz insanın gücünə inanırıq