Haqqımızda

Biznesinizi Gələcəyə Daşıyan Güc

Biz inanırıq ki, hər bir biznes rəqəmsal imkanlarla böyüyə və rəqabətə davamlı ola bilər. SMARTKOB, fərqli sənaye sektorlarından olan müştərilərə rəqəmsal dönüşüm yolculuğunda yol göstərir.

6+
İl Təcrübə
500+
Tamamlanan Layihə
50+
Daimi Müştəri

Biz Kimik?

SMARTKOB — bizneslərin rəqəmsal dünyada sürətlə böyüməsinə dəstək olan aparıcı texnologiya şirkətidir. Biz sosial media reklamı (Meta, Google, Yandex, Vkontakte və s.), ERP və CRM sistemlərinin qurulması, biznes avtomatlaşdırma və AI həllərini tək bir mərkəzdən idarə etməyinizə imkan yaradırıq. Bir sözlə, siz daxili işlərinizi avtomatlaşdırıb vaxt qazanırsınız, biz isə rəqəmsal marketinq təcrübəmizlə satışlarınızı artırırıq.

Artıq 6 ildir ki, bu sahədəyik. 500-dən çox təhvil verdiyimiz layihə və 50-dən çox daimi müştərimiz sübut edir ki, biz sadəcə xidmət satıb gedən agentlik deyilik. Biz biznesinizi daha gəlirli, nizamlı və rəqabətədavamlı etmək üçün daim yanınızda olan etibarlı texnoloji tərəfdaşıyıq.

Amma biz sadəcə digər bizneslərə xidmət göstərməklə kifayətlənmirik, eyni zamanda sektoru dəyişdirən öz rəqəmsal ekosistemlərimizi yaradırıq. Bunun ən gözəl nümunəsi HoReCa (hotel, restoran) və pərakəndə sektoru üçün ərsəyə gətirdiyimiz Smart Restoran və DadMarket platformalarıdır.

Bu iki layihə ayrı-ayrı proqramlar deyil, bir-biriylə nəfəs alan tam bir ekosistemdir. Bunu belə təsəvvür edin:
Smart Restoran bir restoranın və ya hotelin rəqəmsal beynidir. QR menyudan tutmuş anbar uçotuna, insan resurslarından (HR) maliyyəyə qədər bütün daxili proseslər 100% bulud texnologiyası ilə tək ekrandan idarə olunur. DadMarket isə topdan və pərakəndə mağazaların öz rəqəmsal vitrinlərini yaratdığı böyük bir onlayn bazardır.

Bəs bu sistem necə möcüzə yaradır?
Təchizatçı öz məhsulunu DadMarket-ə qoyur. Smart Restoran-ı işlədən restoran sahibi isə mal almaq üçün kiməsə zəng etmir, vaxt itirmir. Elə proqramın içindəcə anbarındakı əksikləri görür və tək kliklə DadMarket-dəki mağazadan məhsulunu sifariş edir. Beləliklə, təchizatçı daimi müştəri tapır, restoran isə bütün təchizat prosesini vərəq-qələmsiz, şəffaf və anında həll edir.

Bax, SMARTKOB budur! Biz rəqəmsal dünyada sadəcə prosesləri deyil, biznesləri bir-birinə bağlayan, onları böyüdən və avtomatlaşdıran əsl texnologiya şirkətiyik.
MİSSİYA

Rəqəmsal Körpü Olmaq

Biz inanırıq ki, hər bir biznes rəqəmsal imkanlarla böyüyə və rəqabətə davamlı ola bilər. Müxtəlif sənaye sahələrindəki müştərilərimizə texnologiya, strategiya və kreativlik üçbucağında hərtərəfli həllər təqdim edirik.

{dict.missionTitle}Davamlı İnkişaf
VİZYON

Azərbaycan və Regionda Lider

Azərbaycanda və regionda ən güvənilir rəqəmsal idarəetmə mərkəzi olmaq. Hər bir KOB-un rəqəmsal uğur hekayəsinin bir hissəsi olmaq üçün çalışırıq.

🎯 2028 Hədəfimiz: 1000-dən çox KOB-un rəqəmsal uğur hekayəsinin bir hissəsi olmaq.

Dəyərlərimiz

Hər qərarımızın arxasında duran prinsiplər

Etibar və Dürüstlük

Hər addımımızda şəffaflıq və dürüstlüyü əsas tutaraq müştərilərimizin etimadını qazanırıq.

Müştəriyönümlülük

Müştərimizin hədəfləri bizim hədəflərimizdir. Onların uğuru bizim uğurumuzdur.

İnnovasiya

Rəqəmsal dünyada dəyişim sürətiylə ayaqlaşmaq, ən son texnologiyaları bizneslərə çatdırmaq.

Peşəkarlıq

Hər layihədə ən yüksək keyfiyyət standartlarını tətbiq edən peşəkar komandamız.

Komanda Ruhu

Birlikdə daha güclüyük. Komanda sinerjisi ilə müştərilərimizə ən yaxşı nəticəni veririk.

Davamlı İnkişaf

Dayanmadan öyrənmək, inkişaf etmək və müştərilərimizin uğuruna töhfə vermək bizim yolumuzdur.

““Çünki biz uğur üçün deyil, dəyər yaratmaq üçün çalışırıq””

— SMARTKOB Komandası

Bizə yazın