Bir çox sahibkar Instagram-da şəkil paylaşıb aşağısındakı "Promote" və ya "Boost" düyməsinə basmaqla reklam verdiyini düşünür. Lakin bu ən baha başa gələn və ən az konversiya gətirən metoddur.
Business Manager Fərqi
Düzgün hədəfləmə üçün Meta Business Manager istifadə edilməlidir. Cihaz tipi, fərdi davranışlar, "Lookalike" (oxşar kütlə) və təkrar reklam (Retargeting) kimi professional alətlərlə reklam büdcəniz minimuma enərək gəliriniz artır.
