Azərbaycanda istifadəçilərin ən çox ünsiyyət qurduğu kanal WhatsApp-dır. Adi WhatsApp və ya standart Business versiyası isə böyük həcmli mesajlarda donur və komanda işinə imkan vermir.
API Nə Qazandırır?
WhatsApp API vasitəsilə 5-10 menecer eyni nömrədən mesajları idarə edə bilər. Avtomatik Chatbotlar qurularaq gecə saatlarında belə müştəri sualları cavablanır. Həmçinin rəsmi qeydiyyatdan keçmiş "Green Tick" (yaşıl işarə) hesabları şirkətə rəsmiyyət və güvən qatır.
